AzMİU-da “Dizayn Həftəsi”nə start verilib: Yaradıcılıq, innovasiya və WUF13 ruhu bir arada

Cəmiyyət Materials 28 Aprel 2026 10:23 (UTC +04:00)
AzMİU-da “Dizayn Həftəsi”nə start verilib: Yaradıcılıq, innovasiya və WUF13 ruhu bir arada

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) növbəti böyük yaradıcılıq platforması olan “Dizayn Həftəsi”nə start verilib.

Trend xəbər verir ki, aprelin 27-dən mayın 1-dək davam edəcək layihə çərçivəsində ustad dərsləri, panel müzakirələr, sərgilər, açıq qapı günləri, performanslar və yekun təqdimat tədbirləri keçiriləcək.

AzMİU-nun Dizayn fakültəsinin təşkilatçılığı ilə reallaşan “Dizayn Həftəsi” bu il xüsusi əhəmiyyət daşıyır. Belə ki, tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan olunmuş “Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçirilir və Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu – WUF13 ərəfəsində gənclərin yaradıcılıq potensialının ortaya çıxarılmasına xidmət edir.

Layihənin əsas məqsədi tələbələri müasir dizayn düşüncəsi, qlobal yaradıcılıq trendləri, texnologiya əsaslı həllər və dayanıqlı şəhər mühiti anlayışları ilə yaxından tanış etməkdir. Bu baxımdan “Dizayn Həftəsi” təkcə fakültədaxili tədbir deyil, həm də gələcəyin şəhərlərinin estetik və funksional baxışlarının formalaşdırıldığı intellektual platformadır.

Bu istiqamətdə AzMİU-nun beynəlxalq nailiyyətləri də diqqət çəkir. Universitet 2026-cı ilin QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqində ilk dəfə yer alaraq Dizayn sahəsi üzrə ölkə üzrə təmsil olunan yeganə, dünya üzrə isə 250 ən yaxşı ali təhsil müəssisəsindən biri kimi çıxış edib ki, bu da universitetdə formalaşmış güclü akademik mühitin və yaradıcı təhsil modelinin beynəlxalq səviyyədə tanındığını göstərir.

Tədbirin proqramı zənginliyi ilə seçilir. İlk gün “Ustad dərsləri günü” çərçivəsində qrafik və media dizaynı, mühit dizaynı, təsviri incəsənət, dekorativ-tətbiqi sənət və interyer istiqamətləri üzrə tanınmış müəllimlər, praktik mütəxəssislər və yaradıcı şəxslər tələbələrlə görüşəcək. Müasir qrafik dizaynda süni intellektin təsiri, rəqəmsal yaradıcılıq, kompozisiya strukturları, modul və mobil mebel sistemləri, yaşıl memarlıq yanaşmaları kimi aktual mövzular müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti