Xarici ölkələrin aqrar nazirləri gələn ay Bakıda keçiriləcək konfransda bir araya gələcək

İqtisadiyyat Materials 28 Aprel 2026 11:46 (UTC +04:00)
Xarici ölkələrin aqrar nazirləri gələn ay Bakıda keçiriləcək konfransda bir araya gələcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

5-8 may tarixlərində Bakıda keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna müxtəlif ölkələrdən nazirlərin, nazirliklərin tabeliyindəki qurumların qatılacağı gözlənilir.

Trend xəbər verir ki, bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

"Forum çərçivəsində xarici ölkələrin aqrar sahədəki nazirlərinin birgə iştirakı ilə konfrans təşkil ediləcək. Bu da bir ilkdir. Bu il sərgilərə rekord sayda xarici rəsmi nümayəndələrin qatılacağı gözlənilir", - o bildirib.

Qeyd edək ki, 5-8 may tarixlərində Bakıda “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, “Horeca Caspian” - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti