Bakı. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Qanunu imzalayıb.
Trend Akordaya istinadən xəbər verir ki, qanunun mətni mətbuatda dərc olunacaq.
