Rusiya Ukrayna ilə bağlı ABŞ-lə təmaslara açıqdır - Lavrov

Dünya xəbərləri Materials 27 Aprel 2026 04:28 (UTC +04:00)
Rusiya Ukrayna ilə bağlı ABŞ-lə təmaslara açıqdır - Lavrov

Bakı. Trend:

Moskva Ukraynadakı nizamlanma ilə bağlı ABŞ tərəfi ilə əlaqə saxlamağa həmişə açıqdır.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz həmişə əlaqə saxlamağa açığıq. Onlar bizim mövqeyimizi bilirlər. Üstəlik, bunu Alyaskada da eşitdilər. Bu, onların təklifinə cavab olaraq təqdim edilmişdi. Əminəm ki, danışıqlar qrupunun üzvləri – Stiven Vitkoff və Cared Kuşner – bunu mütləq unutmayıblar”, – deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti