Məleykə Abbaszadə xarici dil imtahanı ilə bağlı əvvəlki mövqeni səhv saydı

Cəmiyyət Materials 27 Aprel 2026 11:34 (UTC +04:00)
Məleykə Abbaszadə xarici dil imtahanı ilə bağlı əvvəlki mövqeni səhv saydı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Buraxılış imtahanlarına xarici dil fənnini əlavə etmək istəmirdik, o vaxtkı təhsil naziri isə etiraz etdi və biz buraxılış imtahanlarına xarici dil fənnini daxil etdik.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, həmin vaxt bəzi məktəblərdə müəllim çatışmazlığı, bəzi məktəblərdə xarici dil fənninin tədris edilməməsi səbəbilə, buraxılış imtahanlarına bu fənni daxil etmək fikri məqsədəuyğun hesab edilməyib.

"İndi isə başa düşürəm ki, o vaxt bizim etirazımız səhv imiş. Biz imtahanlarımızı beynəlxalq imtahanlara uyğunlaşdırırıq. 100 min adamın danışmağını yoxlamaq üçün eyni qədər müəllim tələb edilir, bu isə mümkünsüzdür.

Dinləmə imtahanında pis eşitdiklərini deyirlər. Dili eşidib anlamağı bacarmayan şəxs elə bilir ki, danışan pis danışır və ya eşidə bilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti