WUF13 ərəfəsində Bakıda jurnalistlər üçün növbəti məlumatlandırma sessiyası təşkil olunub (FOTO)

Siyasət Materials 27 Aprel 2026 10:48 (UTC +04:00)
WUF13 ərəfəsində Bakıda jurnalistlər üçün növbəti məlumatlandırma sessiyası təşkil olunub (FOTO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA) ADA Universiteti və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Əməliyyat Şirkəti ilə birgə Bakıda WUF13 çərçivəsində KİV nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası keçirir.

Trend xəbər verir ki, tədbir çərçivəsində jurnalistlər üçün bəzi əsas mövzular üzrə təqdimatlar nəzərdə tutulub. Bunlara “WUF13-ün əsas istiqamətləri və dialoqları”, “Bakı şəhərinin Baş planı”, “WUF13 çərçivəsində əlçatanlıq və inklüzivlik”, eləcə də “Yaşıl nəqliyyat və mikromobillik” daxildir.

Qeyd edək ki, WUF13 şəhərlərin gələcəyinin müzakirəsi üçün aparıcı beynəlxalq platformalardan biri hesab olunur. Forum 17–22 may tarixlərində Bakıda keçiriləcək.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti