Bakı. Trend:
İsrailin Baş naziri Binyamin Netanyahu orduya Livandakı "Hizbullah" hərəkatının hədəflərinə zərbələr endirməyi əmr edib.
Trend-in məlumatına görə, bu barədə İsrail mediası xəbər verib.
Məlumata əsasən, Baş nazir "güclü zərbələr" endirməyi əmr edib.
O, bu qərarı Hizbullahın atəşkəsi pozaraq İsrail ərazisinə atəş açdığı barədə xəbərlər yayıldıqdan sonra verib.