İsrailin Livana hücumu nəticəsində dörd nəfər ölüb

Dünya xəbərləri Materials 25 Aprel 2026 19:21 (UTC +04:00)

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Livanın cənubundakı Nəbatiyyə şəhərinin ətrafına zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi xəbər verib.

"Raket zərbələri Yəhmur əş-Şqif yaşayış məntəqəsindəki pikap və Əl-Əyn ərazisində motosikletə endirilib", - deyə bildirilib.

Qeyd olunub ki, Nəbatiyyədə xəstəxanaya aparılan dörd nəfər aldığı xəsarətlərdən ölüb.

Xəbər lenti

Xəbər lenti