Bakı.Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycan və Rumıniya arasında ticarət əməliyyatlarının həcmi 195,6 milyon ABŞ dolları təşkil edib.
Trend Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 48,6 milyon ABŞ dolları və ya 19,9 faiz azdır.
Hesabat dövründə Rumıniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,08 faizini təşkil edib. Beləliklə, Rumıniya həmin dövr ərzində Azərbaycanla daha çox ticarət əməliyyatları aparmış ölkələrin siyahısında doqquzuncu yerdə qərarlaşıb.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Rumıniyaya 182 milyon dollar dəyərində məhsul ixracı qeydə alınıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,8 milyon ABŞ dolları və ya 20,1 faiz azdır.
Hesabat dövründə Azərbaycan Rumıniyadan 13,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövründəki göstəricilərlə müqayisədə 2,8 milyon dollar və ya 17,1 faiz azdır.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞ dolları və ya 21,9% azdır.
İxracın payına 5,402 milyard ABŞ dolları, idxalın payına isə 4,005 milyard ABŞ dolları düşüb. Son bir ildə ixrac 984 milyon ABŞ dolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya 29,3% azalıb.
Nəticədə xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur.
