Prezident İlham Əliyev: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

Siyasət Materials 25 Aprel 2026 13:42 (UTC +04:00)
Prezident İlham Əliyev: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Bir çox istiqamətlər üzrə bu gün biz uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında bildirib.

Bu gün müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: “Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti