Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib

Siyasət Materials 25 Aprel 2026 13:46 (UTC +04:00)
Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib.

Trend xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

"Biz Azərbaycan Prezidentinə bildirdik ki, üçtərəfli danışıqlara hazırıq. Belə danışıqlar Türkiyədə olub. Sonradan amerikalı tərəfdaşların iştirakı ilə İsveçrədə danışıqlar baş tutub. Təbii ki, biz Rusiyanın diplomatiyaya hazır olacağı təqdirdə yaxın zamanlarda belə danışıqların Azərbaycanda keçirilməsinə hazırıq", - Zelenski qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti