ABŞ Hörmüz məsələsində Avropaya güvənmir - Heqset

Dünya xəbərləri Materials 24 Aprel 2026 16:56 (UTC +04:00)
ABŞ Hörmüz məsələsində Avropaya güvənmir - Heqset
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ səriştəli və sadiq olan müttəfiqlərə layiqdir və Hörmüz boğazı ilə bağlı vəziyyətin tənzimlənməsi məsələsində Avropaya güvənmir.

Trend xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset Pentaqonda “Epic Fury” əməliyyatı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Biz Avropaya güvənmirik, lakin Hörmüz boğazı onlara bizdən qat-qat daha çox lazımdır və bəlkə də onlar daha az danışmağa və Avropada daha az dəbli konfranslar təşkil etməyə başlamalıdırlar. Bu, bizdən çox onların mübarizəsidir”, – deyə Heqset bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti