“TotalEnergies” Fransada gözlənilən enerji böhranı ilə bağlı xəbərdarlıq edib

Dünya xəbərləri Materials 25 Aprel 2026 16:34 (UTC +04:00)
“TotalEnergies” Fransada gözlənilən enerji böhranı ilə bağlı xəbərdarlıq edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın “TotalEnergies” şirkətinin baş direktoru Patrik Puyanne İran ətrafında olan vəziyyət və Hörmüz boğazının gəmiçilik üçün bağlanması ilə əlaqədar Fransada enerji böhranı təhlükəsinin olması barədə xəbərdarlıq edib.

Bu barədə Trend xarici mediaya istinadən xəbər verir.

“Biz artıq bütün ehtiyatları tükətmişik. Vəziyyət daha 2-3 ay belə davam edərsə, biz enerji defisiti dövrünə qədəm qoyacağıq, bunu artıq bəzi Asiya ölkələri yaşamaqdadır”,- Puyanne beynəlxalq siyasət üzrə konfransda çıxışında bildirib.

“TotalEnergies” rəhbərinin sözlərinə görə, artıq indidən Hörmüz boğazını yan keçməyə imkan verən yolları axtarmaq lazımdır.

O, Yaxın Şərqdə yeni boru kəmərlərinin tikintisinə investisiyaların yatırılmasını məqsədəuyğun hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti