Füzulidə həyata keçirilən yenidənqurma işlərinə dair təqdimat təşkil olunub (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2026 12:40 (UTC +04:00)
Füzulidə həyata keçirilən yenidənqurma işlərinə dair təqdimat təşkil olunub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərində həyata keçirilən yenidənqurma işlərinə dair təqdimat təşkil olunub.

Trend-in Qarabağ bürosunun məlumatına görə, tədbir Füzuli Beynəlxalq Hava Limanında keçirilib.

Təqdimatda iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, “LUKOIL” şirkətinin təsisçisi Vahid Ələkbərov və “LUKOIL Azərbaycan” QSC-nin baş direktoru Rasim Əmrəliyev iştirak ediblər.

Təqdimat Emin Hüseynov tərəfindən təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti