Azərbaycandan tranzit keçməklə Ermənistana 5 vaqon buğda yola salınıb (YENİLƏNİB) (FOTO/VİDEO)

İqtisadiyyat Materials 24 Aprel 2026 11:48 (UTC +04:00)
Azərbaycandan tranzit keçməklə Ermənistana 5 vaqon buğda yola salınıb (YENİLƏNİB) (FOTO/VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir.

Trend xəbər verir ki, 5 vaqondan ibarət taxılın ümumi çəkisi 350 tondur.

Belə ki, Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

xxx

09:15

Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistan Respublikasına 5 vaqon buğda göndəriləcək.

Trend xəbər verir ki, yükün daşınması beynəlxalq tranzit qaydalarına uyğun şəkildə həyata keçiriləcək.

Göndərişin regionda ticarət-logistika əlaqələrinin davamlılığını təmin etməyə xidmət etdiyi bildirilir.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.

9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb.

Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.

Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto – 770 ton) olan 11 vaqonda taxıl göndərilib.

Martın 24-də ümumi çəkisi 271 ton olan 4 vaqon gübrə və 68 ton ağırlığında bir vaqon qarabaşaq yarması göndərilib.

Martın 25-i 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda göndərilib.

Aprelin 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 349 ton Rusiya buğdası göndərilib.

Aprelin 21-i Azərbaycandan Ermənistana 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar göndərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti