Mənzillərdə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar müəyyənləşdi

Cəmiyyət Materials 24 Aprel 2026 16:31 (UTC +04:00)
Mənzillərdə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar müəyyənləşdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, mərkəzi istilik sistemlərinin kütləvi tətbiq modelinin məqsədəmüvafiq olmadığı hallar üçün fərdi sistemlərə icazə verilən istisna hallar müəyyən edilib.

Belə ki, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız azmərtəbəli yaşayış binalarında (5 mərtəbəyə qədər), qaz təchizatı olmayan ərazilərdə, istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi nəzərdə tutulan mənzillərdə icazə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti