Dünyanın ən bahalı klubları açıqlanıb

İdman Materials 25 Aprel 2026 01:29 (UTC +04:00)
Dünyanın ən bahalı klubları açıqlanıb

Bakı. Trend:

Sportico versiyasına görə “Real” 7,7 milyard dollar dəyəri ilə dünyanın ən bahalı klubudur.

Trend xəbər verir ki, “Barselona” 2-ci, “Bavariya” 4-cü, “Tottenhem” 10-cu, “Milan” 14-cü, Messi’nin “İnter Mayami”si isə 16-cıdır.

Sportico tərəfindən hazırlanan reytinqdə “Real" dünyanın ən bahalı futbol klubu seçilib. Araşdırma müəllifləri klubların maliyyə hesabatlarını, fəaliyyət göstəricilərini, brend gücünü, bazarın ölçüsünü, liqaların iqtisadiyyatını nəzərə alıblar, həmçinin klubların maliyyəsi ilə bağlı şəxslərlə də görüşüblər.

Ən bahalı ilk 20 klub belə sıralanıb:

“Real" – 7,7 milyard dollar

“Barselona” – 6,65 milyard

“Mançester Yunayted” – 6,47 milyard

“Bavariya” – 5,78 milyard

“Liverpul” – 5,74 milyard

“Mançester Siti” – 5,7 milyard

“Arsenal” – 5,43 milyard

PSJ – 5 milyard

“Çelsi” – 4 milyard

“Tottenhem” – 3,5 milyard

“Atletiko” – 2,5 milyard

“Borussiya” Dortmund – 2,17 milyard

“Yuventus” – 1,84 milyard

“Milan” – 1,66 milyard

“İnter” – 1,62 milyard

“İnter Mayami” – 1,45 milyard

"Los-Anceles" – 1,4 milyard

"LA Galaksi"– 1,17 milyard

“Atlanta Yunayted” – 1,14 milyard

“Nyu-York Siti” – 1,12 milyard

Xəbər lenti

Xəbər lenti