Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı (FOTO)

İqtisadiyyat Materials 24 Aprel 2026 09:38 (UTC +04:00)
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zaqatala” gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub.

Bu barədə Trend-a ASCO-dan məlumat verilib.

Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.

Məsələnin müsbət həlli Azərbaycan Respublikası Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ASCO, eləcə də SOCAR tərəfindən koordinasiyalı şəkildə həyata keçirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.

Qeyd edək ki, sözügedən gəmilər çarter müqavilələri əsasında üçüncü tərəflərə uzunmüddətli icarəyə verilmiş, onların istismarı isə beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiya tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdi. Qəbul olunmuş qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.

ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlət şirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə, beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinə ciddi riayət etməklə davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti