ABŞ hərbi təyyarəsi Türkiyədə qəza siqnalı ötürüb

Dünya xəbərləri Materials 24 Aprel 2026 10:50 (UTC +04:00)
ABŞ hərbi təyyarəsi Türkiyədə qəza siqnalı ötürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-yə məxsus hərbi təyyarə Türkiyənin hava məkanında qəza siqnalı göndərib.

Trend xəbər verir ki, bu barədə hava nəqliyyatının real-vaxt monitorinqini həyata keçirən “Flightradar24” portalı məlumat yayıb.

Məlumata görə, RCH525 reysi ilə uçan hava gəmisi Bakı vaxtı ilə 08:51-də dispeçer qülləsinə 7700 kodlu siqnalı ötürüb. Həmin kod “ümumi fövqəladə vəziyyət”i bildirir.

ABŞ Hərbi Hava Qüvvələrinə aid təyyarə Birləşmiş Ərəb Əmirliklərindən uçub. Təyyarə İncirlik aviabazasına məcburi eniş etməli olub.

Göyərtədə baş verən insidentlə bağlı məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti