Bakı. Trend:
Azərbaycan güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Trend-in məlumatına görə, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda rusiyalı Marta Getmanova ilə qarşılaşıb. Rəqibinə 7:5 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, ölkəmiz aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.
