Bakı. Trend:
ABŞ və İran arasında hərbi münaqişə uzun müddət davam etməyəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib.
"Sizə yalnız bir şey deyə bilərəm: bu, bitəcək. Düşünmürəm ki, bu, uzun vaxt çəkəcək", - deyə o bildirib.
"Yeri gəlmişkən, onlar bunu uzadırlar, çünki orada kiminlə məşğul olduğumuzu bilmirik. Onlar həmin ölkədə liderin kim olduğunu bilirlər. Biz İranda liderin kim olduğunu bilmirik", - deyə ABŞ prezidenti qeyd edib.