Paytaxtda evdən 7000 manat dəyərində qızıl oğurlayan şəxslər ələ keçib

Hadisə Materials 23 Aprel 2026 12:47 (UTC +04:00)
Paytaxtda evdən 7000 manat dəyərində qızıl oğurlayan şəxslər ələ keçib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı İ.Qurbanova və 37 yaşlı T.Abdullayev müəyyən edilərək saxlanılıb.

Xəzər rayonunda isə yeni tikilməkdə olan evlərin birindən inşaat materialları və sayğac oğurlamaqda şübhəli bilinən 31 yaşlı İ.Xanverdizadə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlar üzrə araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti