Bakı. Trend:
Danimarkanın Şimali Zelandiya bölgəsində yerləşən Kaqerup yaşayış məntəqəsi yaxınlığında iki qatar toqquşub.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində yaralananların olduğu bildirilsə də, onların dəqiq sayı və aldıqları xəsarətlərin hansı dərəcədə olduğu hələlik məlum deyil.
Qəza ilə əlaqədar dəmir yolunun həmin xəttində qatarların hərəkəti dayandırılıb.
Şimali Zelandiyanın hüquq mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb.
