Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 16,8 min ton alüminium məmulatları istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, sözügedən məmulatların istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 min ton və ya 8,1% artıb.
Bu ilin aprelin 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır alüminium məmulatları ehtiyatı 3,6 min ton təşkil edib.
Ümumilikdə, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2026-сı ilin yanvar-mart aylarında 363,7 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 7,6 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 16,8 faiz azalma müşahidə olunub.
