Cənub istiqamətində enerji infrastrukturuna investisiya qoymaq zəruridir - Pakistan Neft İnstitutu

Energetika Materials 23 Aprel 2026 12:12 (UTC +04:00)
Cənub istiqamətində enerji infrastrukturuna investisiya qoymaq zəruridir - Pakistan Neft İnstitutu
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın 5–10 il ərzində Mərkəzi Asiya və Azərbaycanın imkanları qərb istiqamətlərinə yox , cənub istiqamətlərinə doğru yönələcək və məhz indi müvafiq infrastruktur və nəqliyyat dəhlizlərinə investisiya yatırmaq zəruridir.

Trend xəbər verir ki, bu barədə Pakistanın Neft institutunun (Petroleum Institute of Pakistan) baş direktoru Şəhriyar Ömər Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya neft ticarəti və logistikası forumunda bildirib.

Onun sözlərinə görə, ənənəvi qərb bazarları, o cümlədən Avropa, uzunmüddətli perspektivdə demoqrafik dəyişikliklər və qalıq yanacaqlardan tədricən imtina səbəbindən əhəmiyyətini itirəcək.

O qeyd edib ki, cənubda təxminən iki milyard əhalisi olan, sürətlə böyüyən bazar yerləşir və burada davamlı iqtisadi artım müşahidə olunur.

Bu kontekstdə Ş. Ömər region ölkələrini cənub istiqamətinə yönəlmiş infrastruktur layihələrinin daha fəal şəkildə inkişaf etdirilməsinə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti