Bakı. Trend:
Sumqayıt şəhərində fəaliyyət göstərən “Lema uşaq bağçası” ilə bağlı sosial şəbəkələrdə narazılıqlar yayılıb.
Trend-in məlumatına görə, iddialarda bağçanın mətbəx və yataq otaqlarında sanitariya normalarının pozulduğu bildirilir. Həmçinin müəllimlərin əməkhaqlarının verilmədiyi və qruplarda normadan artıq uşağın olduğu qeyd olunur.
Məsələ ilə bağlı bağçadan Trend-ə verilən açıqlamada bildirilib ki, hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
“Hazırda rəsmi qurumlar bağçada araşdırma aparır. Hər bir şikayətin dinlənilməsinə və bu şikayətlərin həlli istiqamətində aparılan araşdırmalara açıq olduğumuzu bildiririk. Rəhbərlik tərəfindən nümayəndə ən qısa zamanda əlaqə saxlayacaq”, – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, yayılan iddialarla bağlı araşdırmalar davam edir.
