Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilir

Cəmiyyət Materials 23 Aprel 2026 12:35 (UTC +04:00)
Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 23-də Bakıda Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilir.

Trend xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinin, görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, respublikamızın tanınmış ziyalılarının, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, gənclərin, eləcə də Şuranın 81 şəhər və rayon təşkilatının nümayəndələrinin iştirakı ilə keçirilən qurultay Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini səsləndirib.

Sonra qurultay öz işinə başlayıb.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti