Bakı. Trend:
Bu ilin aprelin 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 26,5%-ni Şimali Amerikaya yatırılan investisiyalar təşkil edib.
Trend bu barədə fonddan məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz bəndi çoxdur.
Bununla yanaşı, cari ilin aprelin 1-nə fondun investisiya portfelinin 25,9%-ni Avropaya (ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz bəndi az), 8%-ni Asiyaya (11,8 faiz bəndi az), 1,4%-ni Yaxın Şərqə (0,6 faiz bəndi çox), 0,9%-ni Yeni Zellandiya və Avstraliyaya (0,2 faiz bəndi çox), 0,1%-ni Latın Amerikasına (əvvəlki ilin eyni dövründəki göstərici ilə eyni) yatırılan investisyalar təşkil edib.
Fondun Afrikaya yatırılan investisyaları isə portfelin 0,02%-nə bərabər olub (ötən ilin eyni dövrü ilə müqayisədə 0,02 faiz bəndi az).
Qızıla investisiyalar portfelin 35,6%-i, beynəlxalq maliyyə təşkilatlarına investisiyalar isə portfelin 1,6%-i qədər olub.
