Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarının həcmi 178,1 tona bərabər olub.
Trend bu barədə fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 ton və ya 7,7% çoxdur.
Bu ilin aprelin 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 35,6% olub.
“Qızıl ötən illərin qiymət artımını şərtləndirən amillərin təsiri altında 2026-cı ilə də yüksək nəticələrlə başlayıb. Mart ayında qiymətlərdə geriləmə müşahidə olunsa da, qızıl rübü ümumilikdə müsbət nəticələrlə başa vurub ki, bununla da ARDNF-nin qızıl altportfeli üzrə büdcədənkənar gəlirləri formalaşıb”, - məlumatda vurğulanıb.
