Bakıda sinif yoldaşlarını ölümlə hədələdiyi deyilən şagirdlə bağlı açıqlama yayıldı

Cəmiyyət Materials 23 Aprel 2026 12:14 (UTC +04:00)
Bakıda sinif yoldaşlarını ölümlə hədələdiyi deyilən şagirdlə bağlı açıqlama yayıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda daha bir məktəbdə şagirdin sinif yoldaşlarını ölümlə hədələməsi ilə bağlı iddialar yayılıb.

Trend xəbər verir ki, iddialara əsasən, Bakı şəhəri 275 nömrəli tam orta məktəbin V sinif şagirdi hədələdiyi sinif yoldaşlarının siyahısını hazırlayıb.

Məsələ ilə bağlı məktəbdən bildirilib ki, sözügedən şagird 5 “D” sinfinə yerdəyişmə ilə qəbul olunub, lakin daha sonra əvvəlki təhsil müəssisəsinə geri qaytarılıb.

“Qeyd edək ki, məktəb psixoloqlarının şagirdlə apardığı işin nəticəsi olaraq, davranışın tənzimlənməsi ilə bağlı fərdi mütəxəssis dəstəyi alması barədə valideynə məlumat verilib. Bununla yanaşı, şagirdlə bağlı məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilib”, – deyə açıqlamada qeyd olunub.

Məlumata görə, həmçinin Suraxanı Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik iş üzrə məsul şəxsləri valideyn və şagirdlərlə profilaktik söhbət aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti