Milli Depozit Mərkəzi "ASAN Pay"də emitentlər üçün yeni funksiyanı aktivləşdirib

İqtisadiyyat Materials 23 Aprel 2026 14:41 (UTC +04:00)
Milli Depozit Mərkəzi "ASAN Pay"də emitentlər üçün yeni funksiyanı aktivləşdirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Depozit Mərkəzi (MDM) "ASAN Pay" elektron ödəniş platformasında emitentlər üçün nəzərdə tutulmuş yeni funksiyanı aktivləşdirib.

Trend bu barədə MDM-ə istinadən xəbər verir.

Bildirilib ki, bundan sonra emitentlər öz VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) məlumatları vasitəsilə platformaya onlayn daxil olaraq ödəniş əməliyyatlarını rahatlıqla həyata keçirə bilərlər.

Məlumata görə, artıq emitentlər sayta daxil olub “Elektron xidmətlər” bölməsinə keçid edərək təqdim olunan bütün xidmətlər üzrə ödənişləri sürətli, təhlükəsiz və rahat şəkildə icra edə biləcəklər.

"Yenilənmiş sistem istifadəçilərə vaxt itkisini minimuma endirməyə, ödəniş proseslərini daha şəffaf və əlçatan etməyə imkan yaradır.

Azərbaycan Milli Depozit Mərkəzi tərəfindən rəqəmsal infrastrukturun inkişafı istiqamətində əməkdaşlıq çərçivəsində bu yeniliyin tətbiqi xüsusilə mühüm əhəmiyyət daşıyır. Emitentlər artıq "ASAN Pay" üzərindən dövlət qeydiyyatı, depozitar xidmətləri və digər elektron xidmətlər üzrə ödənişlərini fasiləsiz yerinə yetirə bilərlər", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti