BƏƏ ilə İtaliya müdafiə sahəsində əməkdaşlıq sazişi bağlayıb

Dünya xəbərləri Materials 23 Aprel 2026 07:56 (UTC +04:00)
BƏƏ ilə İtaliya müdafiə sahəsində əməkdaşlıq sazişi bağlayıb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri və İtaliya hərbi istiqamətdə qarşılıqlı əlaqəni gücləndirməyi hədəfləyən müdafiə əməkdaşlığına dair razılaşma imzalayıblar.

Trend xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi rəsmi açıqlama verib.

Bildirilib ki, ölkənin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək əl-Məzrui İtaliyanın müdafiə naziri Quido Krosetto ilə görüş keçirib.

Görüş çərçivəsində Yaxın Şərqdə baş verən son proseslər, həmçinin BƏƏ ilə İtaliya arasında müdafiə sahəsində tərəfdaşlığın genişləndirilməsi və hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Əl-Məzrui və Krosetto mövcud təhlükəsizlik çağırışlarını da nəzərdən keçirərək, sabitliyin və təhlükəsizliyin təmininə yönəlmiş səylərdə koordinasiya və birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Sonda tərəflər hərbi sahədə əlaqələrin gücləndirilməsinə və iki ölkə arasında münasibətlərin inkişafına xidmət edən müdafiə əməkdaşlığı sazişini imzalayıblar.

Xəbər lenti

Xəbər lenti