Bakı. Trend:
Bu gecə Bakı şəhərinin bəzi yollarında nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yol örtüyünün mövcud vəziyyəti nəzərə alınaraq aşağıdakı ünvanlarda təmir işləri aparılacaq:
• Nəriman Nərimanov prospektində (Abdulla Şaiq küçəsində
yerləşən geriyədönmə hissəsindən Qurban Xəlilov küçəsi istiqamətinə
qədər);
• Təbriz küçəsində (K.Rəhimov küçəsi ilə Həsənoğlu küçəsi arasında
olan hissədə - Nərimanov metrosu istiqaməti).
Qeyd olunan işlərlə əlaqədar olaraq, 22 aprel saat 23:00-dan 23 aprel saat 17:00-dək göstərilən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
