Avropa Komissiyası Rusiya neftinin daşınmasına qoyulmuş qadağanı sanksiyalar siyahısından çıxarıb

Dünya xəbərləri Materials 22 Aprel 2026 15:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazı ilə bağlı vəziyyətin qlobal enerjidaşıyıcılarının tədarükündə yaratdığı böhranın fonunda Avropa Komissiyası (AK) Rusiyaya qarşı sanksiyaların 20-ci paketindən Rusiya neftinin daşınmasının qadağan edilməsini nəzərdə tutan müddəanı çıxarıb. AK Avropa İttifaqı (Aİ) ölkələrinə bu paketi təcili olaraq ixtisar edilmiş formada qəbul etməyi təklif edib.

Trend xəbər verir ki, bu barədə "TASS" Brüsseldəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bu məsələ Brüsseldə keçirilən Aİ-nin 27 ölkəsinin Daimi Nümayəndələr Komitəsinin planlı iclasının gündəliyinə çıxarılıb. İclasda həmçinin Ukrayna üçün 90 milyard avro vəsaitin ayrılması da müzakirə olunacaq.

Bundan əvvəl Aİ 20-ci sanksiyalar paketində Rusiya neftinə tətbiq olunan qiymət tavanı əvəzinə, onun dəniz daşımalarına xidmətin tam qadağan edilməsini planlaşdırırdı. Bu tədbirlər Rusiyanın neft ixracının 30-40 faizinə qədər hissəsinə təsir göstərə bilərdi və sanksiyalar tətbiq olunacağı təqdirdə xammalın tədarükü üçün alternativ tankerların axtarılması zəruri olacaqdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti