Bakı. Trend:
İraqın Ərbil şəhərində neft emalı zavodu yanır.
Trend xəbər verir ki, bu barədə İraq mediasında məlumat yayılıb.
Məlumata görə, Kürdüstan muxtariyyatının paytaxt şəhərinin ərazisində yerləşən zavodunu güclü alov bürüyüb.
Regional və mərkəzi hakimiyyət hələ ki, insidentlə əlaqədar rəsmi bəyanat verməyib.
Bundan əvvəl “Reuters” agentliyi iki mənbəyə istinadən, çərşənbə günündə İranyönümlü kürd qüvvələrin düşərgəsinin dron hücumuna məruz qaldığını, zərbə nəticəsində 3 nəfərin yaralandığı barədə məlumat yaymışdı.
