İctimai nəqliyyatda NFC ödənişlərdən istifadə edən "Kapital Bank" müştərisi sayı açıqlanıb

Cəmiyyət Materials 22 Aprel 2026 11:00 (UTC +04:00)
İctimai nəqliyyatda NFC ödənişlərdən istifadə edən "Kapital Bank" müştərisi sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

1 milyondan çox "Kapital Bank" müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir.

Trend xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, bank 2025-ci ildə aidiyyatı dövlət qurumları və Bakı Kart-la əməkdaşlıq edərək oktyabr ayından etibarən ictimai nəqliyyatda ödənişlərin rəqəmsallaşmasını təmin edib. "Xüsusən qeyd edim ki, bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Rəqəmlərlə danışsaq müştərilərimizin 1 milyondan çoxu bu həlldən istifadə edir. Bu isə bazar payının 55%-ni təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti