İranda ölənlərin sayı 3 468 nəfərə çatıb

Dünya xəbərləri Materials 22 Aprel 2026 12:52 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı 40 günlük hərbi hava hücumları nəticəsində İranda ölənlərin sayı 3 468 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bunu İranın Şəhid və Veteranların Məsələləri üzrə Fondun direktor müavini Fəridə Oladqubad yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan ölüm sayına hərbçilər və mülkilər daxildir.

Oladqubad əlavə edib ki, fondun kimliyin müəyyənləşməsi komitəsində ölənlərin şəxsiyyətinin müəyyənləşməsi prosesi davam edir.

Fond rəsmisi bildirib ki, indiyə qədər fond tərəfindən ölənlərin ailələri ilə çoxsaylı görüşlər təşkil olunub və təşkil olunmaqdadır.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti