Hörmüzdə konteyner daşıyan gəmiyə hücum olub

Dünya xəbərləri Materials 22 Aprel 2026 10:00 (UTC +04:00)
Hörmüzdə konteyner daşıyan gəmiyə hücum olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazının sularında konteyner daşıyan gəmi hücuma məruz qalıb.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımaları Kordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO Omanın şimal-şərqində, 15 dəniz mili məsafədə baş vermiş insident barədə məlumat əldə edib. Yanğın və ya ətraf mühitə ziyan barədə məlumat yoxdur. Bildirilənə görə, ekipajın həyatına heç bir təhlükə yoxdur”, – açıqlamada bildirilir.

Mərkəzin məlumatına əsasən, konteyner gəmisinin kapitanı bildirib ki, guya gəmiyə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus kater yaxınlaşıb və oradan atəş açılıb.

İddia olunur ki, kater heyəti konteyner gəmisində olanlarla radioəlaqə qurmağa cəhd göstərməyib.

UKMTO qeyd edib ki, atəş nəticəsində ticarət gəmisinin kapitan körpüsü ciddi zədələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti