Bakı. Trend:
Bakı Metropolitenində 21 apreldə baş vermiş texniki insidentlə bağlı ətraflı araşdırmalar davam etdirilir. Hadisənin ilkin qiymətləndirilməsi aparılıb və müvafiq texniki və təşkilati yoxlamalar həyata keçirilir.
"Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, bu səbəbdən 22 aprel tarixində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq.
Qatarların hərəkət intervalları belə müəyyən edilib:
“Əhmədli–28 May” xətti üzrə – 2 dəqiqə 30 saniyə
“28 May–Dərnəgül” xətti üzrə – 5 dəqiqə
“28 May–İçərişəhər” xətti üzrə – 5 dəqiqə
Digər istiqamətlər üzrə hərəkət cədvəlləri isə müvafiq qaydada açıqlanıb: https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli
