...

Azərbaycanda biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Materials 21 Aprel 2026 18:55 (UTC +04:00)
Azərbaycanda biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO TS 22317:2026 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığını idarəetmə sistemləri. İş fəaliyyətinə (biznesə) təsirin təhlili üzrə təlimatlar” yeni dövlət standartı qəbul edilib.

Trend bu barədə AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, yeni standartın tətbiqi müəssisə və təşkilatlarda biznes fəaliyyətinə təsirin sistemli və hərtərəfli təhlilini təmin etməklə kritik iş proseslərinin asanlıqla müəyyənləşdirilməsinə, potensial risklərin dəqiq qiymətləndirilməsinə və iş davamlılığının daha səmərəli və effektiv idarə olunmasına mühüm töhfə verəcək.

Qeyd edilib ki, sözügedən dövlət standartı Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsis edilən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti