...

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazanıb

İdman Materials 21 Aprel 2026 22:21 (UTC +04:00)
Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Trend-in məlumatına görə, 71 kiloqram çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində göstərdiyi 147 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Təkanla qaldırma hərəkətində 180 kiloqram çəkinin öhdəsindən gələn Rüstəmov bu dəfə 4-cü olub. Təmsilçimiz toplamda 327 kiloqram göstərici ilə yarışı 4-cü yerdə bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti