Bakı. Trend:
Dövlət Turizm Agentliyi İstanbul Hava Limanında təbliğat xarakterli məlumatların yerləşdirilməsi üzrə xidmət sifariş edib.
Trend xəbər verir ki, agentlik artıq bununla müavifq işlərə start verib.
Məlumata əsasən, agentlik sözügedən işlərin icrasını “Mediaport Reklamcılık Anonim Şirketi”nə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən agentliyin İstanbul Hava Limanında təbliğat xarakterli məlumatlarının yerləşdirilməsi 1,4 milyon manata başa gələcək.
