...

ABŞ NATO-ya təxminən 1,4 milyard dollar göndərmək niyyətindədir

Dünya xəbərləri Materials 22 Aprel 2026 02:39 (UTC +04:00)

Bakı. Trend:

ABŞ administrasiyası 2027 maliyyə ilində NATO büdcəsinə təxminən 1,4 milyard dollar ayırmağı, eləcə də ABŞ qoşunlarının Avropada istifadə etdiyi infrastrukturu dəstəkləməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin növbəti maliyyə ili üçün dərc olunmuş büdcə layihəsinə əlavə edilmiş məlumat sənədlərində bildirilib.

"2027 maliyyə ili büdcəsinə NATO hərbi büdcəsi ilə bağlı ümumi maliyyələşdirmə tələbləri daxilində 756,7 milyon dollar <...> daxildir", - deyə qeyd olunub. Bildirilib ki, bu, 2026-cı maliyyə ili büdcəsindən 96,1 milyon dollar artım deməkdir. Bundan əlavə, icra hakimiyyəti ABŞ qüvvələrinin Avropada istifadə etdiyi infrastrukturu dəstəkləmək üçün qarşıdan gələn maliyyə ili üçün Konqresdən 604,3 milyon dollar istəyib", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti