Bakı. Trend:
ABŞ İranla atəşkəs müddətini uzadıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"İran hökumətindəki ciddi parçalanmanı nəzərə alaraq (bu, təəccüblü deyil) və feldmarşal Asim Munirin və Pakistanın Baş naziri Şahbaz Şərifin xahişi ilə bizdən İran liderləri və nümayəndələri vahid bir təklif hazırlayana qədər hücumu dayandırmağımız istənildi", - deyə paylaşımda bildirilib.
Donald Tramp qeyd edib ki, bununla əlaqədar olaraq Amerika ordusuna blokadanı davam etdirməyi və bütün digər cəhətlərdən tam hazırlıq vəziyyətində qalmağı əmr edib. ABŞ prezidenti İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.
