...

ABŞ-də parkda silahlı insident - ölənlər var

Dünya xəbərləri Materials 21 Aprel 2026 13:40 (UTC +04:00)
ABŞ-də parkda silahlı insident - ölənlər var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Şimali Karolina ştatının Uinston Salem şəhərində yerləşən parkda silahlı insident baş verib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, atışma nəticəsində iki yeniyetmə həyatını itirib, daha beş nəfər yaralanıb.

ABC telekanalı ölənlərin 16-17 yaşlarında olduğunu bildirib. Yaralılar arasında isə 14-19 yaşlarında qızlar yer alır.

İlkin versiyaya görə, yeniyetmələr arasında yaranan mübahisə sonradan gərginləşərək, silahlı toqquşmaya çevrilib. İnsidentlə bağlı istintaqa başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti