...

İngiltərə millisinin üzvü "Qalatasaray"ın hədəfindədir

İdman Materials 21 Aprel 2026 17:35 (UTC +04:00)
İngiltərə millisinin üzvü "Qalatasaray"ın hədəfindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Bolonya"nın futbolçusu Conatan Rou Türkiyə Super Liqasında çıxış edə bilər.

Trend xarici mediaya istinadən xəbər verir ki, "Qalatasaray" ingiltərəli vingeri transfer etmək istəyir.

İstanbul nəhənginin baş məşqçisi Okan Buruk rəhbərlikdən Rounun transferini istəyib. "Sarı-qırmızılar" 22 yaşlı oyunçu üçün yaxın vaxtlarda İngiltərə klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Bolonya" Conatan Rounu mövsümün əvvəlində "Marsel"dən transfer edib. İngiltərə U-21 millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti