...

28 May ətrafında tramvay şəbəkəsi yaradılır

Cəmiyyət Materials 21 Aprel 2026 10:45 (UTC +04:00)
28 May ətrafında tramvay şəbəkəsi yaradılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində bir neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

"Seabrezdən Mehdiabada qədər tramvay xəttinin çəkilməsi nəzərdə tutulur. Bu xəttin Mehdiabaddan metronun “28 May” stansiyasına qədər uzadılması planlaşdırılır. Bundan əlavə, Bayıl ərazisindən “28 May” stansiyasınadək də tramvay xəttinin çəkilməsi gündəmdədir. Eyni zamanda, “28 May”dan “Həzi Aslanov” istiqamətində, Mehdiabaddan isə “8 Noyabr” stansiyasına qədər yeni xətlərin salınması nəzərdə tutulur.

Layihələrin həyata keçirilməsi nəticəsində paytaxtın şərq və qərb, eləcə də şimal və cənub istiqamətləri arasında nəqliyyat əlaqəsi daha da gücləndiriləcək",-deyə V. Qasımlı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti