...

Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti bağlanıb: nə vaxt bərpa ediləcək? (YENİLƏNİB)

Gündəm Materials 21 Aprel 2026 13:06 (UTC +04:00)
Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti bağlanıb: nə vaxt bərpa ediləcək? (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilir ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik.

xxx

12:57

"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilir ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

xxx

12:45

“Bakı Metropoliteni” QSC-də baş verən texniki nasazlıqla bağlı vəziyyət açıqlanıb.

Trend xəbər verir ki, qurumdan bildirilib ki, metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Hazırda nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumatın veriləcəyi qeyd olunub.

xxx

12:34

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti