...

Sinif yoldaşının yandırdığı uşağın vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 21 Aprel 2026 10:27 (UTC +04:00)
Sinif yoldaşının yandırdığı uşağın vəziyyəti açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin hazırkı vəziyyəti açıqlanıb.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, uşağın vəziyyəti ağırdır:

"Dünən yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".

Qeyd edək ki, hadisə dünən baş verib. Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti