...

Növbəti köç karvanı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə yola salınıb

Cəmiyyət Materials 21 Aprel 2026 12:06 (UTC +04:00)
Növbəti köç karvanı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə yola salınıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocavənd. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə - 74 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti